Tarix: 19 Avqust 2020 13:46
“Beşiktaş” yeni mövsümdən geyinəcəyi 3 forma dəstini təqdim edib. Qol.az xəbər verir ki, İstanbul təmsilçisinin ev oyunlarında geyinəcəyi forma ənənəvi olaraq qara rəngdədir və üzərində ağ zolaqlar var. “Qara qartallar”ın səfər matçlarında istifadə edəcəyi geyim ağ və boz rənglərdən ibarətdir. Superliqa klubunun ehtiyyat forması isə qırmızı rəngdədir.
Qeyd edək ki, “Beşiktaş”ın geyimlərini “Adidas” şirkəti hazırlayır.
Yuxarı