Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 20:35
"Zeydə baxanda deyirəm Natavana oxşayır. Natavan və başqaları da deyir, oğlun sənə oxşayır".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri reper Dado "Üçümüz" proqramında deyib. Müğənni Natavan Həbibi ilə ailəli olan ifaçı oğlundan danışıb. O bildirib ki, ata olduqdan sonra valideynlərinin qədrini daha çox bilməyə başlayıb:
"Atalıq məndə çox şeyi dəyişdi. Təmkinli, səbrli oldum. Valideynlərimə nələr çəkdirdiyimi başa düşdüm".
Natavanla tanışlıqları haqda suala isə Dado "Üç il sevgili olduq. Sonra evləndik. Ondan əvvəl də münasibətimiz var idi, amma dost idik" cavabını verib.