Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 08:16
Gözləntilərə əsasən bu ilin payız fəslində təqdim olunacaq iPhone 12 modellərində və iPad Pro (2020)-də Apple A14 Bionic və A14X Bionic prosessorları quraşdırılacaq. Bu, yüksək performans vəd edən ilk kütləvi 5 nanometrlik prosessor modelləridir. Yeni məlumat sızıntısına əsasən isə Apple A14X Bionic modeli performans baxımından hətta Intel Core i9 ilə də rəqabət aparacaq. Bu barədə 4pda saytı xəbər verib.
Luke Miani adlı texnobloqqer öz Twitter hesabında Apple şirkətinin yeni prosessor modellərinin güman olunan Geekbench 5 test nəticələrini təqdim edib. Onun sözlərinə əsasən adi A14 Bionic modeli performans baxımından A12X Bionic ilə eyni səviyyədə olacaq. A14X Bionic modeli isə diqqət çəkən fərq ilə irəli keçərək 7480 xal toplayıb. Əgər bu məlumat sızıntısı düzdürsə deməli Apple şirkətinnin yeni A14X Bionic modeli performans baxımından Intel Core i9-9880H performansı ilə eyni səviyyədə olacaq.