Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2020 22:00
ABŞ Belarus hakimiyyətini cəmiyyətlə, həmçinin müxalifətin yaratdığı koordinasiya şurası ilə dialoqa çağırıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeonun açıqlamada deyilir.
"Belarus hökumətini cəmiyyətlə, o cümlədən bu yaxınlarda yaradılan milli koordinasiya şurasının köməyi ilə fəal şəkildə dialoqa çağırırıq. Bu dialoq Belarusun gələcəyi və onun uğurları naminə xalqın tələblərini əks etdirməlidir", - deyə açıqlamada qeyd olunub.