Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 03:44
Bakı. Trend:
İspaniyanın Sevilya vilayətinin sakini (Andalusiya muxtar icması) Qərbi Nil virusundan ölüb.
Trend-in məlumatına görə, bu barədə EFE agentliyi bilidirb.
Məlumata əsasən, La Puebla del Rio şəhərindən olan 77 yaşlı kişi virusun ilk qurbanı olub. Mərhum bir neçə gün reanimasiyada olub.
Qeyd edək ki, Andalusiyada baş verən xəstəlik artıq 35 nəfərə təsir göstərib, onlardan 32-i xəstəxanaya yerləşdirilib.