Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 13:08
Bakı. Trend:
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Trend-in məlumatına görə, bu gün güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb.
Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib.
Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib.
Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin