Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 12:56
“Barselona”nın yeni baş məşqçisi Ronald Kuman komandadan getmək istədiyi bildirilən Lionel Messi barədə fikirlərini bildirib.
Qol.az goal.com-a istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis kapitanın hazırda məyus durumda olduğunu təsdiqləyib:
“Onun məyus olması məntiqlidir. Mən də “Bavariya”ya 2:8 uduzsaydım, kefim olmazdı. Belə məğlubiyyətdən sonra gülmək doğru olmaz. Messi daim qalib olmaq istəyir. Uduzanda isə qıcıqlanır. Bunu onunla işləyən hər kəs bilir. Mən Xosep Qvardiola ilə danışmışam. O dedi ki, Messi ilə işləmək əladır. Mən səbirsizliklə birgə fəaliyyətə başlayacağımız günü gözləyirəm.
Messi çox şeyə qadirdir və mən məşqçi kimi onun müsbət oyunçu keyfiyyətlərindən bəhrələnməliyəm. O, burada xoşbəxtdir və vacib biri olduğunu bilir. Messi karyerasını “Barselona”da başa vurmalıdır. “Barselona” Messi deməkdir”.