Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təmas xəttindəki yaşayış məntəqələri daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir (FOTO)

Təmas xəttindəki yaşayış məntəqələri daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir (FOTO)

Tarix: 21 Avqust 2020 15:00

Bakı. Trend:

Aran RETSİ-nin təmas xəttində yerləşən EŞ-də geniş miqyaslı yenidənqurma işləri aparılır. Məqsəd təmas xəttində yaşayan sakinlərin və həmçinin məcburi köçkünlərin məskunlaşdığı kənd və yaşayış məntəqələrini daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir.

"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, Füzuli rayon Elektrik Şəbəsinin ərazisində yerləşən gücü 35/10 kV olan “Böyük Bəhmənli” yarımstansiyası gücü artırlaraq tamamilə yenidən qurulur. Bu yarımstansiya 20 minədək sakini o cümlədən məcburi köçkünlərin yaşadığı dörd kəndi, həmçinin Füzuli rayonunu içməli su ilə təmin edən nasos stansiyasını qidalandırır.

Beyləqan Elektrik Şəbəkənin ərazisində yerləşən 35/10 kV-luq “Dostluq” yarmstansiyası starteji əhəmiyyətə malikdir. Gücü artırılan yarmstansiya yenidən qurulur, avadanlıqları tamamilə yenilənib. Bu yarmstansiya hərbi hissələri, aeroportu, rayonu içməli su ilə təmin edən nasosları, artezian quyularını, qaçqın və məcburi köçkün şəhərciyini, eləcə də bir neçə iri sənaye müəssəsini elektrik enerjisi ilə təmin edir.

Eləcə də təmas xəttində yerləşən Ağdam Elektrik Şəbəkəsinə aid 35/10 kV-luq “Xındırıstan” yarımstansiyasında da yenidənqurma işlərinə start verilib. 50 il öncə tikilən yarımstansiya 8 kənd və 1 qəsəbəni o cümlədən 220-dən çox artezian quyusunu, həmçini hərbi hissəni dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin edir. Ağdamın düşmənlə üz üzə dayanan və birbaşa təmas xəttində yerləşən Əhmədağalı və Çıraqlı kəndlərində də elektrik enerji sistemi tamamilə yenədən qurulur. Kəndlər yeni Hava verliş xətləri, kabellərlə, transformator və yeni sayğaclarla təmin olunub. Ümumilikdə 2500-dək kənd sakini bundan sonra daha dayanıqlı və kefiyyətli elektirk enerjisi ilə təmin olunacaq.

Yenidən qurma işlərinin aparıldığı digər yarımstansiya İmişli rayonu ərazisində yerləşən “Bəhramtəpə” yarımstansiyasıdır. Ümumiliokdə 10 mindən çox sakinin yaşadığı ərazini elektrik enerjisi ilə təmin edən bu yarımstansiyadan həmçinin bir neçə sənaye müəssisəsi, artezian quyuları qidalanır.

Təmas xəttindəki yaşayış məntəqələri daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir (FOTO) - Gallery Image Təmas xəttindəki yaşayış məntəqələri daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir (FOTO) - Gallery Image Təmas xəttindəki yaşayış məntəqələri daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir (FOTO) - Gallery Image Təmas xəttindəki yaşayış məntəqələri daha kefiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir (FOTO) - Gallery Image


Etiketlər:  Təmas xəttindəki yaşayış məntəqələri daha kefiyyətli dayanıqlı elektrik enerjisi ilə təmin edilir FOTO


RƏYLƏR