Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 09:44
Dünyada koronavirus infeksiyasının əsas daşıyıcıları uşaqlardır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Massaçusetts Ümumi Xəstəxanası və Massaçusetts Uşaq Xəstəxanasının mütəxəssislərinin "Journal of Pediatrics" toplusunda dərc olunan məqaləsində bildirilir.
Tədqiqatda 0-22 yaş arası 192 uşaq və gənc iştirak edib.
Məlum olub ki, yoluxan uşaqların tənəffüs yollarında olan virusun səviyyəsi COVID-19-un müalicəsi üçün reanimasiya şöbələrinə yerləşdirilən böyüklərdən daha yüksəkdir. Virusun sağlam insana ötürülməsində əsas amil isə məhz viral yükün yüksək olmasıdır.