Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 13:02
“İnter”in baş məşqçisi Antonio Konte komandadan gedə bilər.
Qol.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Avropa Liqasının finalında “Sevilya”ya məğlub olduqları matçdan (2:3) sonra bu haqda danışıb. O, klubdakı gələcəyinə növbəti həftə qərar veriləcəyini deyib:
“Gələn həftə rəhbərlik iclas keçirəcək və komandada qalıb-qalmayacağım haqda qərar veriləcək. Növbəti mövsümdə “İnter”in baş məşqçisi olacağam, ya yox, bunu bilmirəm. “İnter” gələcəyini mənimlə və ya mənsiz planlaşdıracaq”.
A.Konte bundan əvvəl açıqlamalarından birində klub rəhbərliyindən narazı olduğunu bildirmişdi. O, oyunçulara və baş məşqçiyə yetəri qədər dəyər verilmədiyini söyləmişdi.