Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 13:38
“Barselona”nın futbolçusu Luis Suares komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Kataloniya klubundan getmək istəyinin olmadığını deyib:
“Klub rəhbərliyi mümkün dəyişikliklərdən danışır. Lakin onlardan kimsə mənsiz davam etmək istədiklərini deməyib. Əgər klubun belə niyyəti varsa, kimsə mənə birbaşa məlumat versə, yaxşı olar. 6 ildir ki, “Barselona”dayam. Məncə, bu, klub rəhbərliyinin mənə münasibətini aydın ifadə edir. Komandaya hər şeyin ən yaxşısını arzulayıram və indi “Barselona”da oynamağa davam etməyi planlaşdırıram. Əgər klub rəhbərliyi mənim komanda üçün çox xərc aparan material olduğumu düşünürsə, getməyim barədə qərar qəbul edən şəxslə heç bir problemsiz danışacağam”.
Qeyd edək kiu, L.Suares 2014-cü ildən “Barelona”da çıxış edir. Onunla “Ayaks” yaxından maraqlanır.