Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 21:20
L'Oreal kompaniyasından deyilib ki, ola bilər ki, onlar TikTok sosial şəbəkəsində reklam büdcəsini azalda bilərlər.
Sonxeber.net facemark.az-a istinadən bildirir ki, Bloomberg nəşri yazır ki, bu isə onunla bağlıdır ki, marka düşünür ki, doğrudan mı xidmətin məxfilik ilə bağlı probleməri var.
Bildirək ki, ABŞ hakimiyyəti ByteDance şirkətinə məxsus olan TikTok xidmətinin istifadəçilərə məxsus gizli məlumatları Çin hökumətinə ötürməkdə şübhələnir.
"Vəziyyəti yaxından izləyirik. Situasiyadan asılı olaraq öz siyasətimizdə dəyişiklik edəcəyik. Əlbəttə məxfilik problemi olan xidmət ilə əməkdaşlıq etmək istəmirik, çünki bu bizim də etik kodeksimizə uyğun deyil. Ona görə də, lazım olan addımları atacağıq", - L'Oreal-ın baş direktoru Jan Pol Aqon Bloomberg TV-yə müsahibəsində belə deyib.
TikTok-un rəsmiləri isə artıq neçənci dəfədir casusluq ittihamlarını rədd edir və Çin hökuməti ilə əlaqələrinin olmadığını bildirirlər.
Bloomberg qeyd edir ki, byüti-sənayesi brendini sosial şəbəkələrin də daxil olduğu müxtəlif tanıtım kanallarında əsas reklamverənlərdən biridir.
Siz TikTok-da L'Oreal həştəqi ilə brendin yeni məhsullarına dair çarxlar tapa bilərsiniz, belə çarxlara baxış sayı ümumilikdə isə 100 milyonu ötüb keçib. Bura əsas gəlirləri markalardan əldə edən influencerlərin hazırladığı çarxla daxildir.