Tarix: 24 Avqust 2020 12:28
PSJ-nin hücumçusu Neymar dünən Çempionlar Liqasının finalından sonra sosial şəbəkədə "Bavariya"nın əvəzinə səhvən Almaniyanın digər klubu "Bayer"i təbrik edib.
Qol.az xəbər verir ki, braziliyalı futbolçu “Tvitter”də yazıb: “Məğlubiyyət idmanın bir hissəsidir. Biz hər şeyi etməyə çalışdıq və sona qədər vuruşduq. Sevgi və dəstəyinizə görə hər birinizə təşəkkürlər. Təbriklər “Bayer”.
Leverkuzenlilərin buna cavab isə belə olub: "Təbrikə görə təşəkkür. Amma bizi niyə təbrik edirsən?" Axı biz məzuniyyətdəyik və FİFA oynayırıq".
Xatırladaq ki, "Bavariya" həlledici görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub.