Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 17:06
Braziliya A seriyasının "Palmeyras" - "Santos" oyunundan sonra azarkeşlər arasında qarşıdurma baş verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hadisə gecə klublarından birində baş verib. Burada hər iki klubun fanatları məclis qurublar. Həmin vaxt onların arasında arasında mübahisə baş verib və 21 yaşlı "Palmeyras" azarkeşi rəqibin 2 fanatına atəş açaraq, onları qətlə yetirib. O, bu hərəkətindən sonra polisə günahını etiraf edib.
Bildirilir ki, atışmada digər şəxslər də xəsarət alıb. Onlar tibbi yardımdan sonra xəstəxanadan evə buraxılıblar.
Qeyd edək ki, "Palmeyras" - "Santos" görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.