Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 17:48
"Məhərrəmlik ayı və Aşura bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Azərbaycan dövlətinin üzərinə əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm vəzifə düşür. Bildiyiniz kimi İranda da məscidlərdə məhərrəmlik mərasimləri qadağan edilib".
Bunu Sonxeber.net-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Fətva Şöbəsinin əməkdaşı Ağasəid Yaqubov deyib.
O bildirib ki, islam dini bu mövzuda sağlamlığı daha öndə tutur:
"Dinimiz Qurani-Kərimdə də insan sağlamlığına yüksək qiymət verir. Qurani-Kərimin "Bəqərə" surəsinin 195-ci ayəsində Allah təala buyurur: "Özünüzü təhlükəyə atmayın". Bu nöqteyi nəzərdən biz insanların sağlamlığını daha öndə tuturuq. İmam Hüseyn əleyhissəlam da yenə cəmiyyətin, insanlığın sağlamlığı üçün özünü fəda etdi. O dövrdəki rejim, Yezid hakimiyyətinin siyasəti insanları kütləvi şəkildə qırğına, insanları mənəviyyatsızlığa, insanların həyatlarının heç olmasına gətirib çıxarırdı. İmam Hüseyn əleyhissəlam deyə bilərik ki, insanlığın yaşaması üçün özünü fəda edib. Bir problem varsa, bu məclislərdə insan sağlamlığı üçün xoşagəlməz hal yaşanarsa, təbii ki, islam dini bu mövzuda sağlamlığı daha öndə tutur".
QMİ-nin əməkdaşı qeyd edib ki, dövlətimizin səyi, Operativ Qərargahın verdiyi qərarlar xalqımızın, millətimizin sağlamlığı və rifahı üçündür:
"Bizim əziz və dəyərli həmvətənlərimizdən, inanclı, mömün bacı və qardaşlarımızdan, ağsaqqal və ağbirçəklərimizdən, cavanlarımızdan istəyimiz ondan ibarətdir ki, biz dövlətin ətarfında birləşək. Dövlət bizim dövlətdir, bizim üçün çalışır və bu pandemiya dövründə dövlətimizin səyi, Operativ Qərargahın verdiyi qərarlar xalqımızın, millətimizin sağlamlığı və rifahı üçündür. Ona görə də mən bir məqamı vurğulamaq istəyirəm ki, biz İmam Hüseyn əleyhissəlamın əzadarlığını hər il qeyd etmişik və gələcəkdə də qeyd edəcəyik. Amma bu pandemiya hər il olmayacaq, bu il varsa gələn il inşəAllah ki, olmayacaq. Allah təala imam əzadarlığında edilən yaxşılıqları qəbul eləsin, qanvermə aksiyası təşkil olunacaq. İnsanlarımızın qan banklarına, yaxınlıqda olan xəstəxanalara yaxınlaşıb ehtiyacı olanlara İmam Hüseyn yolunda qan vermələri böyük bir savabdır. Bir insanın həyatını qurtarmaq, ona qan vermək elə İmam Hüseyn əleyhissəlamın amalına uyğundur".
Təhməz Təkin