Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' elə də cəlbedici komanda deyil'' - ''Şkupi''nin qapıçısı

''Neftçi'' elə də cəlbedici komanda deyil'' -  ''Şkupi''nin qapıçısı

Tarix: 26 Avqust 2020 11:10

"Bizi çox yaxşı və güclü rəqib gözləyir. Hamımız bilirik ki, "Neftçi" güclü komandadır".

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Şkupi"nin qapıçısı Kristian Naumovski deyib.
 
O, Şimali Makedoniya klubunun rəsmi saytına açıqlamasında "Neftçi" ilə qarşıdakı oyunla bağlı danışıb. 32 yaşlı qolkiper rəqibi hərtərəfli öyrəndiklərini bildirib: "Neftçi" güclü olsa da, elə də cəlbedici komanda deyil. Onları yaxşı analiz etmişik. Matça köklənmişik. Bakıya gedəcəyik və əlimizdən gələni etməyə hazırıq. Start heyətdə və ehtiyat oyunçular skamyasnda kimin olacağı vacib deyil. Meydanda olan oyunçuların 90-95 dəqiqə hər şeyi verməsi vacibdir. Hər görüşdə qələbə qazanmaq istəyirik, "Neftçi", "Pelister" və ya "Vardar" olsun, bizim üçün rəqibin fərqi yoxdur".

Qeyd edək ki, avqustun 27-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyunu saat 20:00-da başlayacaq.

 

 


Etiketlər:  Neftçi elə cəlbedici komanda deyil Şkupinin qapıçısı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ