Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqada mövsümün rəmzi komandası

Avroliqada mövsümün rəmzi komandası

Tarix: 27 Avqust 2020 12:26

UEFA Avropa Liqasında 2019/2020 mövsümünün ən yaxşı oyunçulardan ibarət rəmzi komandanı açıqlayıb.

Qol.az turnirin "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, siyahıda 23 futbolçunun adı yer alıb:

Qapıçılar: Samir Handanoviç ("İnter"), Yassin Bunu ("Sevilya"), İnqvar Yonsson ("Kopenhagen")

Müdafiəçilər: Serxio Reqilon, Xesus Navas, Jyul Kunde (hamısı "Sevilya"), Stefan De Vrey ("İnter"), Konor Kodi ("Vulverhempton"), Conatan Ta ("Bayer")

Yarımmüdafiəçilər: Brunu Fernandeş, Fred (hər ikisi "Mançester Yunayted"), Ever Baneqa ("Sevilya"), Kay Havertz ("Bayer"), Tayson ("Şaxtyor"), Nikolo Barella, Marselo Brozoviç (hər ikisi "İnter"), Fabian Fray ("Bazel")

Hücumçular: Romelu Lukaku, Lautaro Martines (hər ikisi "İnter"), Markus Raşford ("Mançester Yunayted"), Lukas Okampos, Munir, Lyuk De Yonq (hamısı "Sevilya")

Qeyd edək ki, Avroliqada 2019/2020 mövsümünün qalibi "Sevilya" olub.

 


Etiketlər:  Avroliqada mövsümün rəmzi komandası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ