Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 13:08
Albaniya "Laçi" sinin baş məşqçisi Armando Kunqu Avropa Liqasının 1-ci turunda "Keşlə" ilə oyun öncəsi fikirlərini bildirib. Qol.az "Panorama Sport"a istinadən xəbər verir ki, o, matçdan əvvəl bir çox sualı cavablandırıb.
- Azərbaycanda məşq necə keçdi?
- Hər şey yaxşı keçdi. İki həftədən çoxdur hazırlaşırıq, bu səbəbdən son məşqdə əsasən oynayacağımız stadiona uyğunlaşmağa çalışdıq.
- Artıq azarkeşlər sadəcə Avropa Liqasına vəsiqə qazanmaqla kifayətlənməyəcəklər və buna görə hədəf 2-ci mərhələyə yüksəlməkdir. "Keşlə"ni keçə biləcəksinizmi?
- Komandanın öz futbolunu oynamasını gözləyirəm. Oyunçuların son mövsüm ərzində nümayiş etdirdikləri xarakter və istəklərini göstərmələrini gözləyirəm. Bütün bunlar baş verərsə, daha da irəliləyəcəyimizə əminəm.
-"Keşlə" haqqında nə deyə bilərsiniz?
- Rəqibin həm güclü, həm də zəif tərəfləri var. Ancaq unutmayaq ki, komandamız komanda gücü ilə də seçilir.
- Albaniyalı Ansi Aqoli uzun illər Azərbaycanda oynayıb və orada yaşayıb. Bu matçdan əvvəl ondan hər hansı bir məlumat almısınız?
- Bu insana və nümanəvi futbolçuya təşəkkür edirəm. Aqolli həmişə dostlarına kömək etməyə hazırdır. O, fəxr ediləcək bir albandır.