Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 16:26
"Mançester Yunayted"in futbolçusu Pol Poqba koronavirusa yoluxub.
Qol.az xəbər verir ki, bu barədə "Get French Football News"un "Tvitter" səhifəsi məlumat yayıb. Fransa millisinin yarımmüdafiəçisinin koronavirus səbəbindən Millətlər Liqasında sentyabrda keçiriləcək matçları buraxacağı bildirilib. Onu "Renn"in 17 yaşlı yarımmüdafiəçisi Eduardo Kamavinja əvəzləyəcək.
Qeyd edək ki, Fransa millisi sentyabrın 5-i İsveç, 3 gün sonra isə Xorvatiya ilə qarşılaşacaq.