Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 17:18
"Yuventus" "Şalke"nin futbolçusu Ueston Makkenini icarəyə götürməyə yaxındır.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi sabah Turin klubunda tibbi müayinədən keçəcək. Bundan sonra onunla müqavilə imzalanacaq. "Yuventus" Almaniya təmsilçisinə 3 milyon avro icarə haqqı ödəyəcək. Klub növbəti mövsümün sonu 18 milyon avro ödəyərək amerikalı oyunçunu birdəfəlik almaq hüququna malik olacaq.
Qeyd edək ki, Makkenni 2019/2020 mövsümün 32 matçda 3 qol vurub.