Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Tarix: 27 Avqust 2020 18:51

"Safmar" qrupu Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz Vətəninizə, həmvətənlərinizə xidmət kimi nəcib işə məsuliyyətli münasibət nümunəsidir.

Zəngin peşəkar təcrübə, geniş erudisiya, şəksiz siyasətçi istedadı və gözəl insani keyfiyyətlər Sizin ən mürəkkəb məsələləri uğurla həll etməyinizə imkan verir.

Əminəm ki, qarşıda Sizi Azərbaycan Respublikasının və onun xalqının rifahı naminə çox uğurlar gözləyir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

Milli.Az


Etiketlər:  Safmar qrupu Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Birinci vitse prezident Mehriban Əliyevanı təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ