Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2019 15:00
Bakı. Trend:
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarının 1/4 final görüşündə də qələbə qazanıb.
Trend-in məlumatına görə, 65 kq çəki dərəcəsində olan idmançımız 1/4 final görüşündə Belarus təmsilçisi George Kolievi 7:5 hesabı ilə məğlub edərək yarımfinala keçid alıb.
Qeyd edək ki, Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edib.
Digər təmsilçimiz Nurməhəmməd Hacıyev də 1/4 finalda gürcü həmkarını üstələyərək yarımfinala vəsiqə qazanıb.
O, Gürcüstan təmsilçisi Elizbar Odikadzeni 7:3 hesabı ilə yenib.
Nürməhəmməd yarımfinal mərhələsində ukraynalı Murazi Mçedlidze ilə qarşılaşacaq.
Yarımfinal mərhələsinin oyunları bu gün Bakı vaxtı ilə 19:00-da baş tutacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin