Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 23:39
Bakı. Trend:
27 avqust tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Pandemiya şəraitində dini mərasimlər mövzusunda gənclər üçün maarifləndirici onlayn görüş” keçirilib.
Bu barədə Trend Gənclər Fonduna istinadən məlumat verib.
Qeyd edilməlidir ki, pandemiya vəziyyətini nəzərə alaraq, ölkəmizdə, həmçinin dünyanın başqa ölkələrində də dini mərasimlərin keçirilməsi qaydalarına nəzərə alaraq, bu dövrlər ərzində dini mərasimlərdə kütləviliyə yol verilməməsinə xüsusi diqqət yetirilir. Bununla bağlı fikirlərini bölüşən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, pandemiyadan xilas yolu bütün bəşəriyyətin bununla birgə mübarizəsindən keçir. Ümumbəşəri problem sayılan pandemiyaya qarşı mübarizə üçün bütün ölkələrdə görülən tədbirlər davam etməkdədir. Həmçinin, İslam dünyasında indiyədək kütləvi şəkildə keçirilən bütün mərasimlərin keçirilməsi də pandemiya qaydalarına uyğun olaraq, vətəndaşların sağlığının qorunması və virusun yayılmasının qarşısını alınması məqsədilə vətəndaşların kütləvi tədbirlərin ləğvinin zəruriliyinin anlamalarını vacibliyi vurğulanıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında gənclərin həm pandemiya dövründə, həm də indiyədək dini xüsusi günlərdə birlik, yardımlaşma və paylaşım nümunəsi göstərən müxtəlif aksiya və layihələr həyata keçiriblər. Çıxışda bildirilib ki, mart ayından etibarən ölkə başçısının çağırışına cavab olaraq, gənclər tərəfindən pandemiya ilə mübarizədə könüllülük fəaliyyəti müşahidə olunub.Həmin könüllülər həkimlərimiz və hüquq mühafizə orqanları əməkdaşları ilə çiyin-çiyinə pandemiya ilə mübarizənin ön cəbhəsində yer alıblar və bu mübarizəninin özü də mənəvi dəyərlərə sadiqlik, vətənpərvərlik nümunəsidir.
Onlayn görüşdə iştirak edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov dini mərasimlərin kütləvi keçirilməsinin İslan dini tərəfindən də təhlükə yarada biləcəyi təqdirdə insanlara təhlükəli ola biləcəyini bildirərək, dini mərasimlərin və adətlərin hər bir vətəndaşın evlərində qeyd olunmasını tövsiyyə edib.
Gənclər Fondunun rəsmi səhifəsində canlı yayımlanan görüş rəsmilərin izləyicilərin ünvanladığı sualları cavablandırması ilə yekunlaşıb.