Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 11:56
Azərbaycanda bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, tədris müəssisələrinə üz tutacaq şagird və valideynlərin ictimai nəqliyyatdan istifadə edəcəyi üçün müəyyən problemlərin yaşanacağı gözlənilir.
Hazırda ictimai nəqliyyat ancaq avtobuslardan istifadə ilə məhdudlaşır. Yüz minlərlə şagirdin məktəblərə üz tutacağı təqdirdə onların da avtobuslardan istifadə etməsi ictimai nəqliyyatı iflic edə bilər.
Mövcud vəziyyətdə ən real təklif "Bakı Metropoliteni"nin fəaliyyətini bərpa etməsi olacaq. Qurumdan mövzu ilə bağlı bildirildi ki, "Bakı Metropoliteni" fəaliyyətiniu bərpa etməyə tam hazır olsa da, bu barədə rəsmi qərar yoxdur:
"Metro günü bu gün fəaliyyətini bərpa etməyə hazırdır. Hazırda fəaliyyətə başlamaq üçün qərar gözlənilir. Operativ Qərargah bununla bağlı qərar verəcəyi təqdirə sərnişinlər metrodan rahat şəkildə istifadə edəcəklər".