Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 07:32
4 il ərzində süni intellektə qlobal xərclər 2 dəfə artacaq. Şirkətlər zamanla belə texnologiyalara daha çox pul xərcləyirlər, çünki onlar biznesin rəqəmli transformasiyasını həyata keçirməyə kömək edir. Bu barədə "IDC" analitik şirkətinin araşdırmasında deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, analitiklərin proqnozuna görə, 2020-ci ildə dünyada süni intellektə əsaslanan həllərin (avadanlıq, proqram təminatı və xidmətlər) satın alınmasına 50,1 milyard dollar xərclənəcək və 2024-cü ildə bu göstərici 110 milyard dolları ötəcək. Bu bazarın orta illik artım tempi 20,1% səviyyəsində qiymətləndirilir.
Analitiklər müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşması və əməkdaşların iş məhsuldarlığının yüksəlməsini süni intellektin tətbiqinə imkan yaradan iki əsas amil hesab edirlər.
Region baxımından yaxın illərdə süni intellekt xərclərinin 50%-dən çoxu ABŞ-ın payına düşəcək. Belə xərclər üzrə ikinci yerdə Qərbi Avropa yerləşəcək, ən yüksək artım tempi (ildə 32,1%) Yaponiyada gözlənilir.