Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 08:10
"Bavariya"nın futbolçusu Robert Levandovski "France Football"ın bu il koronavirus səbəbindən təqdim etməyəcəyini açıqladığı "Qızıl top" mükafatı haqda danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, bu il "Qızıl top"a kimin layiq olduğu sualı belə cavablandırıb: "Bu il "Qızıl top"u kimə verərdim? Özümə".
Qeyd edək ki, "Bavariya" ilə Almaniya Bundesliqası və Çempionlar Liqasını qazanan Levandovski builki "Qızıl top" mükafatına əsas namizəd hesab olunurdu.
Əlavə edək ki, FİFA-nın bu il "Qızıl top"u özünün təqdim edə biləcəyi xəbərləri yayılıb.