Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gerye millidəki karyerasını başa vurdu

Gerye millidəki karyerasını başa vurdu

Tarix: 29 Avqust 2020 09:22

"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti yığmasındakı karyerasını başa vurub.

Qol.az xəbər verir ki, 31 yaşlı cinah oyunçusu bu barədə şəxsi İnstaqram hesabında məlumat verib.

O, çox fikirləşdikdən sonra bu qərara gəldiyini bildirib:

"Bu xəyalımı gerçəkləşdirdim və 55 dəfə komandanın formasını geyindiyim üçün qürur duyuram. Yaşadığım saysız-hesabsız anlar əbədi olaraq mənimlə qalacaq, səmimiyyətlə deyə bilərəm, karyeramın ən yaxşı matçlarını Haiti millisi üçün oynadım. Ölkəni təmsil etmək böyük imtiyazdır. Yığmanın hər matçında hər şeyi verdim. Geriya baxanda ömür boyu davam edəcək xatirələrim var, bunun üçün xoşbəxtəm. Azarkeşlərə də məni dəstəklədikləri üçün təşəkkür edirəm. Hər dəfə meydana çıxanda hamınızı qürurlandırmağa çalışdım".

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu 2020/2021 mövsümünün əvvəlində Ağdam təmsilçisinə qayıdıb.

 


Etiketlər:  Gerye millidəki karyerasını başa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ