Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma var, Ermənistan gizlədir - Hikmət Hacıyev

Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma var, Ermənistan gizlədir - Hikmət Hacıyev

Tarix: 29 Avqust 2020 12:00

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində koronavirusa yoluxma ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma var və işğalçı Ermənistan bu məlumatları tam şəkildə gizlədir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, işğal olunmuş ərazilərdə yaşayan sakinlər Azərbaycan vətəndaşlarıdır və onlar arasında yoluxmalar da Azərbaycanın statistikasında göstərilməlidir: "Ancaq işğal faktına görə oradakı sakinlər barədə və yoluxmalar barədə məlumat əldə edə bilmirik və Azərbaycan statistikasında əksini tapmır. Biz Ümundünya Səhiyyə Təşkilatına da müraciət etmişik ki, işğal olunmuş ərazilərdə qondarma rejim yoluxma hallarını beynəlxalq statistikaya daxil etməyə cəhd etsə bunun qarşısı alınmalıdır və orada yoluxma statistikası Azərbaycan əraziləri kimi göstərilməlidir. Orada vəziyyətlə bağlı məsuliyyət işğalçı Ermənistan rəhbərliyinin üzrədnə düşür. Bildiyiniz kimi bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan işğal olunmuş ərazilərdə qondarma "andiçmə" mərasimində iştirak edib və orada heç kim tibbi maskadan istifadə etməyib ki, bu da kalster olaraq işğal olunmuş ərazilərdə yoluxmaya səbəb olub.
Həmçinin işğalçı ordu arasında da kütləvi yoluxmalar var ki, bu da epidemiyanın geniş yayılmasına şərait yaradır".


Etiketlər:  Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi yoluxma Ermənistan gizlədir Hikmət Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ