Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 12:06
Toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağalar hələki qüvvədə qalır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, toy və yas mərasimləri ilə bağlı qadağalar, o cümlədən qanunlar hamı üçün bərabərdir.
PA rəsmisi əlavə edib ki, restoranların qapalı məkanda fəaliyyəti ilə bağlı da yekun qərar hələ qəbul edilməyib.