Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 13:40
"Mançester Siti"nin futbolçusu Kevin de Brüynenin meneceri Patrik de Koster Belçikada həbs olunub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ona qarşı cinayət işinin açılmasının təşəbbüskarı məhz 29 yaşlı futbolçu olub. Menecer ötən il çirkli pulların yuyulması üzrə başlanan istintaq çərçivəsində bu ay tutulub.
Məlumata görə, Brüyne 2013-2014-cü illərdə "Volfsburq"da çıxış etdiyi vaxt baş verən maliyyə problemləri ilə əlaqədar menecerini günahkar hesab edir. Bildirilir ki, o, futboçunun vergi ödəmələrini qanuni qaydada yerinə yetirməyib.