Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 16:42
Bakı. Trend:
Tərtər şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, avqustun 28-də saat 21 radələrində Tərtər şəhəri ərazisində Kəlbəcər rayon sakini D.Ələkbərov “VAZ-2106” markalı avtomobili idarə edərkən yolu keçən şəhər sakini Urqiyyə Şükürovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.