Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 23:20
Yaponiya koronavirusla mübarizə üçün yeni texnologiyalar yaradıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yaponiyalı həkim 3D printerlə koronavirusa yoluxmanın qarşısını almaq üçün kosmik texnologiyasından istifadə edərək yer üzündə istifadə üçün uyğunlaşdırılmış respirator yaradıb.
Onun yaradıcılarından biri, Doktor Nayoki İşikita bu ixtiranın inqilab olduğunu deyərək işləməsi üçün elektrikə ehtiyacı olmadığını söyləyib.
Nayoki İşikita bildirb ki, hava kompressoru respiratorun işləməsi üçün kifayətdir. Süni tənəffüs aparatı (respirator) yalnız dörd çap hissədən hazırlanıb.
N.İşikita cihazı dünyaya pulsuz təqdim etmək istədiyini bildirib: "Mən məlumatları paylaşmalıyam ki, bu koronavirusdan tez bir zamanda canımızı qurtara bilək. Pandemiya ilə mübarizə üçün yaponlar başqa bir texnologiyadan istifadə edirlər. Xirosima istehsalı olan və barmaqlarınızla toxunmadan idarə edə biləcəyiniz 3D görüntülü ekran yaradılıb. ASKA3D adlanan bu texnologiya havada holoqram kimi maye bir kristal ekran yaradır. Yaponiyada ASKA3D-dən artıq bir çox yerlərdə istifadə olunur. Bu texnologiyadan kinoteatrlarda, insanların toplaşdığı ictimai yerlərdə, qatar stansiyalarında satış aparatlarına və ATM ekranlarına toxunmadan istifadə edə bilərik. Yeni texnologiya virusun bu kimi aparatlardan yayılma ehtimalını aradan qaldırır. ASKA3D-in ən əsas üstünlüyü istifadəçilər arasında hər hansı bir xəstəlik ötürülməsi riskinin olmamasıdır".