Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qan qrupları ürək tutmasına səbəb olur - Nadir KƏŞF

Bu qan qrupları ürək tutmasına səbəb olur - Nadir KƏŞF

Tarix: 30 Avqust 2020 22:42

Hollandiya alimləri müəyyən ediblər ki, qan qrupu ürək tutması riskinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Nadir kəşfin materialları tematik jurnalda dərc edilib.

Sonxeber.net xəbər verir ki, 1,3 milyon könüllünün iştirak etdiyi tədqiqat prosesində alimlər II, III, IV (sıralanma xəstəlik riskinin azalması ilə verilib) qan qrupundan olan adamların ürək xəstəliklərinə və qəfil tutmalara daha çox meyilli olduğunu aşkar ediblər. Sağlam həyat tərzi keçirən və zərərli vərdişləri olmayan adamlarda xəstələnmə ehtimalı azdır.

Alimlər qeyd ediblər ki, I qan qrupundan olan adamlar üçün praktik olaraq ürək xəstəliyi qorxusu yoxdur. Risk qrupuna aid adamlar infarkt və digər ürək xəstəliklərindən qaçmaq üçün müntəzəm şəkildə hərtərəfli müayinə olunmalıdırlar. (publika.az)


Etiketlər:  qrupları ürək tutmasına səbəb olur Nadir KƏŞF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ