Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2019 09:04
Bakı. Trend:
Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə ABŞ-ın F-35 qırıcı təyyarələrinə sahib ola bilməyəcək.
Trend-in məlumatına görə, Pentaqonun nümayəndəsi Conatan Hoffman bildirib ki, bu sözləri ABŞ müdafiə naziri vəzifəsini icra edən Mark Esper Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşdə deyib.
Nümayəndə qeyd edib: "Liderlər arasında səmimi söhbət olub. Söhbət zamanı M.Esper bir daha təkrar edib ki, Türkiyənin Rusiyadan S-400 raket sistemlərini alması F-35 proqramına ziddiyyətlidir və Türkiyəyə həm S-400-ü, həm də F-35-ləri əldə etmək imkanı verilməyəcək".
Onun sözlərinə görə, tərəflər, həmçinin Suriya, regional stabillik məsələlərini və ikitərəfli münasibətləri müzakirə ediblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin