Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 15:44
Lotu Qulinin (Nadir Səlifov) ailəsində növbəti faciə yaşanıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, mərhum N.Səlifovun nənəsi Nurxanım Səlifova 85 yaşında vəfat edib. O, yaşadıqları Gürcüstanın Dmanisi rayonunda dəfn edilib.
Xatırladılıb ki, Nadir Səlifov avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq qətlə yetirlib. Cinayəti törətməkdə şübhəli bilinən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis əməkdaşları tərəfindən saxlanılıb.