Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Magistraturaya qəbul olunan bakalavrların nəzərinə!

Magistraturaya qəbul olunan bakalavrların nəzərinə!

Tarix: 27 Iyun 2019 10:28

Bakı. Trend:

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2019-cu il iyunun 27-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Magistraturaya qəbul olunan bakalavrların nəzərinə


RƏYLƏR