Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeron ətrafında dayazsulu sahənin kəşfiyyat qazma mərhələsi üçün sənəd hazırlanıb

Abşeron ətrafında dayazsulu sahənin kəşfiyyat qazma mərhələsi üçün sənəd hazırlanıb

Tarix: 1 Sentyabr 2020 12:12

bp Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.

Sonxeber.net Trend-ə istinadən verilən məlumata görə, ƏMSSTQ sənədi AYDS müqaviləsinin kəşfiyyat qazma mərhələsi üçün hazırlanıb. Bu sənəddə kəşfiyyat qazma fəaliyyətlərinin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

AYDS müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. Bu sənəd yalnız birinci kəşfiyyat quyusunu əhatə edir. Həmin quyu qurudan təxminən 15km məsafədə, suyun təxminən 22m dərinliyində (potensial karbohidrogen ehtiyatı dəniz dibindən təqribən 2500m aşağıda) yerləşən Şimal Şərq perspektiv sahəsində qazılacaq. Qalan iki quyu sahəsində aparılacaq kəşfiyyat qazma işləri ayrıca olaraq bu ƏMSSTQ-yə əlavə sənədlərində əhatə olunacaq.

Maraqlı tərəflərlə məsləhətləşmə ƏMSSTQ prosesinin mühüm elementidir. Maraqlı tərəflərin rəy və təkliflərinin dinlənilməsi və sənədləşdirilməsi prosesi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihənin planında və ƏMSSTQ-də nəzərə alınmasını təmin edir.

ƏMSSTQ sənədinin tam layihə variantı və Qısa xülasə sənədi Azərbaycan və ingilis dillərində hazırlanmış və bp-nin vebsaytında açıqlanmışdır. Sənədləri aşağıda verilmiş linklər vasitəsilə əldə etmək olar:

https://www.bp.com/az_az/azerbaijan/home/news/environmental-and-social-documentation/shallow-water-absheron-peninsula.html

https://www.bp.com/en_az/azerbaijan/home/news/environmental-and-social-documentation/shallow-water-absheron-peninsula.html

ƏMSSTQ sənədinin layihə variantına dair öz şərh və rəylərinizi aşağıdakı qaydada bizə göndərməyinizi xahiş edirik:

- doldurulmuş rəy formalarını [email protected] ünvanına elektron poçt vasitəsilə göndərməklə, və ya

- doldurulmuş rəy formalarını Bakı şəhəri, AZ1010, Neftçilər prospekti 153, "Port Baku", BP Xəzər Mərkəzi ünvanına poçt vasitəsilə göndərməklə.

ƏMSSTQ-nin açıqlanması müddəti 60 gündür. Bu müddət 28 avqust 2020-ci il tarixində başlayıb və 2 noyabr 2020-ci il tarixində başa çatacaq.

COVİD-19 pandemiyası səbəbindən ƏMSSTQ sənədinin nüsxələrini əvvəllər olduğu kimi ictimai kitabxanalarda yerləşdirə bilməyəcəyik. Lakin, ictimai kitabxanaların, institutların və universitetlərin verilmiş link vasitəsilə bp-nin vebsaytından ƏMSSTQ sənədini yükləməsi və öz onlayn resursları vasitəsilə yayması arzuolanandır.

ƏMSSTQ sənədinin layihə variantına dair fikir və rəylərinizi gözləyirik. Hər hansı suallarınız olarsa, bp-nin Normativ tələblər və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova ilə əlaqə saxlamağınız xahiş olunur:

tel.: (012) 599 43 29 və ya (055) 2259013


Etiketlər:  Abşeron ətrafında dayazsulu sahənin kəşfiyyat qazma mərhələsi üçün sənəd hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ