Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Paşinyanın Qarabağa səfəri göstərir ki, bu işğalçı dövlət münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil''

''Paşinyanın Qarabağa səfəri göstərir ki, bu işğalçı dövlət münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil''

Tarix: 1 Sentyabr 2020 14:33

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfəri göstərir ki, bu işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil.

Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, eyni zamanda, nəzərə alsaq ki, mövcud səfər Paşinyanın işğal olunmuş ərazilərimizə ilk səfəri deyil və bu səfər çərçivəsində də o əsasən hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb, o zaman aydın olur ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur, hərbi əməliyyatların yenidən bərpasına, növbəti təxribat fəaliyyətinə başlamaq niyyətindədir:

"Paşinyan daxili auditoriyanı əlində saxlamaq üçün Qarabağ kartından var gücü ilə istifadə edir. Belə ki, Paşinyanın cəbhənin Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbiçilərini mükafatlandırması, hətta onlardan birinə "Milli Qəhrəman" adını təqdim etməsi İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb.

Bununla yanaşı Paşinyan daxildə baş qaldıran siyasi, iqtisadi, sosial problemləri bu cür ört-basdır etməyə, eyni zamanda aşağı düşən nüfuzunu bu yolla bərpa etməyə cəhd edir. Paşinyan nəinki siyasi cəhətdən natamam fiqur olmaqla kifayətlənmir, eyni zamanda özünün və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Onun Qarabağa səfəri də məhz ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyəti daşıyır. Bu baxımdan səfər çərçivəsində Paşinyanın Dağlıq Qarabağın Ağdərə rayonundakı "Beys Metls" şirkətinin dağ-mədən kompleksində olmağı da təsadüfi xarakter daşımır.

Danışıqlar masasına gəlməyən Paşinyan anlamalıdır ki, Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etmək üçün hər an güc variantından istifadə etmək hüququna malikdir. İşğalçı dövlət yeni hərbi təxribatlara əl atdığı təqdirdə Azərbaycan birmənalı şəkildə düşmənə layiqli cavab verəcək. Bunun üçün isə Azərbaycanın kifayət qədər iqtisadi və hərbi gücü, eyni zamanda dövlətin siyasi iradəsi və xalqın əzəli torpaqlarını geri qaytarmaq əzmi mövcuddur".


Etiketlər:  Paşinyanın Qarabağa səfəri göstərir işğalçı dövlət münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ