Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 06:24
Bakı. Trend:
ABŞ-ın hazırkı prezidenti Donald Trampın komandası "Google", "YouTube" və digər platformalarda siyasi reklama 64,7 milyon dollar xərcləyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, D.Trampın seçkiqabağı internet-reklam xərcləri ABŞ Demokrat partiyasından qarşıdakı seçkilərdə namizədliyə irəli sürülmək istəyən Nyu-Yorkun sabiq meri Maykl Blumberqin xərclərini ötərək rekord göstərici olub.
Bildirilir ki, 2018-ci ilin 31 may tarixindən "Trampın "Amerikanı Yenidən Möhtəşəm Etmək" Komitəsi" və onun seçkiqabağı qərargahı internet-reklama 37,23 və 27,49 milyon dollar xərcləyiblər (64,7 milyon dollar).
Qeyd edək ki, Nyu-Yorkun sabiq meri M.Blumberq internet reklama 62,19 milyon dollar xərcləmişdi.