Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki qadın güləşçimiz Avropa Oyunlarına inamlı qələbə ilə başladı

İki qadın güləşçimiz Avropa Oyunlarına inamlı qələbə ilə başladı

Tarix: 27 Iyun 2019 13:20

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Trend-in məlumatına görə, bu gün son 4 qadın güləşçimiz mübarizəyə qoşulub. 1/8 final mərhələsində, 57 kq çəki dərəcəsində Alyona Kolesnik Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edib.

1/8 final mərhələsinin 62 kq çəki dərəcəsində isə güləşçimiz Elmira Qəmbərova almaniyalı Luzi Manke üzərində 4:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu gün 1/8 final mərhələsinin 76 kq çəki dərəcəsində Səbirə Əliyeva alman təmsilçisi Aykaterinierini Pitsiava ilə qarşılaşacaq.

1/4 final mərhələsində isə Mariya Stadnik (50 kq) - İtaliya təmsilçisi Emanuela Liuzzi və ya Polşa təmsilçisi Anna Lukasiak ilə güləşəcək. Alyona Kolesnikin rəqibi isə bolqarıstanlı Mimi Xristova olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İki qadın güləşçimiz Avropa Oyunlarına inamlı qələbə ilə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ