Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqataladakı qətllə bağlı iş yekunlaşaraq məhkəməyə göndərilib

Zaqataladakı qətllə bağlı iş yekunlaşaraq məhkəməyə göndərilib

Tarix: 2 Sentyabr 2020 21:36

14 may 2020-ci il tarixdə Zaqatala rayonu ərazisində İlyas İlyasova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Prokurorluqdan Sonxeber.net-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Əliməmməd Əliməmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlyas İlyasovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Etiketlər:  Zaqataladakı qətllə bağlı yekunlaşaraq məhkəməyə göndərilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ