Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dünyanı bürüyən COVİD-in cəngindən ölkəmiz maksimum az itkilərlə çıxa biləcək''

''Dünyanı bürüyən COVİD-in cəngindən ölkəmiz maksimum az itkilərlə çıxa biləcək''

Tarix: 3 Sentyabr 2020 10:18

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalın açılışında videoformatda iştirak edib.

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir:

"Prezident öz nitqində COVID-19 pandemiyası ilə mübarizədə və antiböhran siyasəti sahəsində görülən işlər haqqında önəmli tezislər bildirib. 
Qeyd edək ki, açılışı olan xəstəxanada 820-dən çox çarpayı mövcuddur. Ancaq qısa müddət ərzində bu çarpayıların sayını 1500-ə qədər artırmaq mümkündür. Prezident İlham Əliyev bildirmişdir ki, açılan xəstəxananın fəaliyyəti COVID-19 ilə apardığımız mübarizədə çox önəmli rol oynayacaq.

Ümumiyyətlə, qeyd edilməlidir ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır, bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Ölkəmizin ən gözəl və ən müasir xəstəxanası - Yeni Klinika açılmışdır. Yeni Klinikada çarpayıların sayı 600-ə yaxındır. Hazırda təqribən 400-ə yaxın çarpayı hazır vəziyyətdədir. Bununla bərabər, modul tipli 11 xəstəxana inşa edilmişdir. COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, dövlət başçısı tərəfindən qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bu və digər amillər imkan verir ki, pandemiya ilə mübarizədə vəziyyət nəzarətdə saxlanılsın. Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Qeyd edək ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Sözügedən xəstəxanalar, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir".

Politoloq qeyd edib ki, COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr çox təsirli, çox dəyərlidir:

"COVID ilə mübarizədə bütün dünyada olduğu kimi, Azərbaydanda da səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, ölkəmizdə laboratoriyaların sayı bir neçə dəfə artırmışdır. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi. Bu gün o laboratoriyaların sayı 45-ə çatıb. Xüsusi vurğulanmalıdır ki, ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vaxtında tibbi xidmət göstərilsin. Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Səhiyyə sistemində çalışan şəxslər daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub. Təkcə onu demək kifayətdir ki, COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı 3-5 misli artırılıb. Azərbaycana beş ölkədən - Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər ölkəmizin səhiyyə işçilərinə kömək göstərirlər. Son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Bu müsbət dinamika bizə deməyə əsas verir ki, bütün dünyanı öz cənginə alan qlobal problemin öhdəsindən ölkəmiz maksimum az itkilərlə çıxa biləcək. Görülmüş bütün işlər bir məqsədi güdür ki, ölkəmiz vəziyyətdən az itkilərlə çıxsın. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr çox təsirli, çox dəyərlidir. Məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qorumaq mümkün olmuşdur. Bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları və vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq".

Təhməz Əsədov


Etiketlər:  Dünyanı bürüyən COVİD cəngindən ölkəmiz maksimum itkilərlə çıxa biləcək


RƏYLƏR