Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 16:12
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, I ixtisas qrupu üzrə ötən gün açıqlanan qəbul imtahanının nəticələrinə görə, 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bundan başqa, I ixtisas qrupu üzrə yalnız 1 nəfər – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev imtahanda 400 bal olmaqla, hər iki mərhələnin cəminə görə maksimal olan 700 balı toplayıb.
Bakı Ali Neft Məktəbindən Trend-ə bildirilib ki, I qrup üzrə İkinci ən yüksək nəticəni isə 697 balla Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu Nahid Nuri göstərib.
Onların hər ikisi də imtahanın I mərhələsində maksimal 300 bal toplayıblar.
Yüksək bal toplayan hər iki abituriyent Bakı Ali Neft Məktəbini (BANM) seçməyi planlaşdırır.
Hüseyn Abdullayev BANM-in İnformasiya təhlükəsizliyi və Proseslərin avtomatlaşdırılması ixtisasları arasında seçim etməyi nəzərdə tutub. Nahid Nuri isə İnformasiya təhlükəsizliyi ixtisasını seçmək niyyətindədir.