Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirvanda həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Şirvanda həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Tarix: 3 Sentyabr 2020 17:27

Bakı. Samir Əli - Trend:

Şirvan rayonunda həyat yoldaşını qətlə yetirən şəxsin cinayət işi üzrə istintaq başa çatıb.

Şirvan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun bu il fevralın 26-da Cənub Sənayə Qovşağının inzibati binasında qeydə alınıb.

Şirvan şəhərində məskunlaşan Ağdam rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında boğub, daha sonra onu bıçaqla qətlə yetirib.

Sahib Nağıyev qətli törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb. Cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün Lənkəran Ağır Cinayətlkər Məhkəməsinə göndərilib.


Etiketlər:  Şirvanda həyat yoldaşını amansızlıqla qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ