Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır

Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır

Tarix: 4 Sentyabr 2020 11:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik "Pensiya kalkulyatoru" e-xidmətini hazırlayır.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bu e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək. Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.

Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Yeni Pensiya kalkulyatoru e xidməti hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ