Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya ilə əlaqədar boşanmış ailələrdə uşaqla valideyn görüşünə qoyulan məhdudiyyət götürülür

Pandemiya ilə əlaqədar boşanmış ailələrdə uşaqla valideyn görüşünə qoyulan məhdudiyyət götürülür

Tarix: 4 Sentyabr 2020 11:50

Bakı. Samir Əli - Trend:

COVİD-19-la əlaqədar 2020-ci ilin mart ayından etibarən Azərbaycanda boşanmış ailələrdə valideynlərin uşaqları ilə ünsiyyətinə məhdudidyyətlər qoyulub.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.

Rəis müavini qeyd edib ki, bu müddət ərzində valideynlərə videobağlantılar keçirilməsi təklif edilib: "Ölkədə yoluxma sayının azalması ilə bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulub. Karantin dövründə valideynlərə şərait yaratmışdıq ki, övladları ilə virtual görüşsünlər. Hazırda əksər fəaliyyət sahələri bərpa olunduğundan, valideynlərin övladları ilə görüşünə icazə verilir. Bununla bağlı karantin dövründə verilmiş göstərişin ləğv edilməsi üçün müraciət etmişik”.


Etiketlər:  Pandemiya ilə əlaqədar boşanmış ailələrdə uşaqla valideyn görüşünə qoyulan məhdudiyyət götürülür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ