Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya 20-yə yaxın ''Topol'' ballistik raketini məhv edəcək

Rusiya 20-yə yaxın ''Topol'' ballistik raketini məhv edəcək

Tarix: 4 Sentyabr 2020 15:32

Bakı. Trend:

Rusiya 2022-ci ilin sonunadək 18 ədəd “Topol” qitələrarası ballistik raketini məhv etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “Roskosmos” agentliyinin hesabatında deyilir.

Qeyd olunur ki, bu addım Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının ehtiyatlarının yenilənməsi ilə əlaqədar atılır.

Raketlərin məhvinin 2022-ci ilin noyabırn 30-dək başa çatması planlaşdırılır. Bu prosesə ümumilikdə 2,2 milyon dollardan çox vəsait ayrılıb.

Rusiya ordusu “Topol” raket komplekslərini “Yars” kompleksləri ilə əvəz edəcək.


Etiketlər:  Rusiya yaxın Topol ballistik raketini məhv edəcək


RƏYLƏR