Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST Ukrayna əhalisinin 20 faizini vaksinlə təmin edəcək

ÜST Ukrayna əhalisinin 20 faizini vaksinlə təmin edəcək

Tarix: 4 Sentyabr 2020 15:40

Bakı. Trend:

Ukrayna Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX mexanizminə (bütün ölkələrin ədalətli şəkildə koronavirus vaksinləri ilə təmin olunması üzrə beynəlxalq mexanizm) qoşulub.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Maksim Stepanov deyib.

Bu mexanizm Ukraynaya əhalinin 20 faizi üçün qeydiyyata alınacaq vaksinləri əldə etməyə imkan verəcək.

Nazir bildirib ki, hazırda tərəflər arasında müvafiq sazişlərin imzalanması prosesi davam edir. COVAX mexanizmi sayəsində Ukrayna 8 milyon əhalini vaksinlə təmin edəcək.


Etiketlər:  ÜST Ukrayna əhalisinin 20 faizini vaksinlə təmin edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ