Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şalke'' 36 yaşlı hücumçu aldı

''Şalke'' 36 yaşlı hücumçu aldı

Tarix: 4 Sentyabr 2020 19:16

Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Herta"dan ayrılan Vedad İbişeviçi transfer edib.
 
36 yaşlı bosniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb. Vedad yeni klubunda 11 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, İbişeviç 2015-ci ilin avqustundan "Herta"da çıxış edirdi. O, Almaniyada "Ştutqart", "Hoffenhaym" və "Allemaniya"da da forma geyinib. Bosniya və Herseqovina yığmasının sabiq forvardı Fransada PSJ və "Dijon"un da uğurları üçün çalışıb.


Etiketlər:  Şalke yaşlı hücumçu aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ