Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə 1300-ə yaxın şəxs ödənişli ictimai işlərə cəlb olunub - FOTO

Gəncədə 1300-ə yaxın şəxs ödənişli ictimai işlərə cəlb olunub - FOTO

Tarix: 5 Sentyabr 2020 13:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də ödənişli ictimai işlər proqramı icra olunur.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, işsiz və işaxtaranların məşulluq imkanlarının artırılmasında mühüm rol oynayan bu proqrama Gəncə şəhərində də əsasən həssas qruplardan olan 1300-ə yaxın şəxs cəlb olunub.

Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da həmin şəxslərin gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrədir.


Etiketlər:  Gəncədə 1300 yaxın şəxs ödənişli ictimai işlərə cəlb olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ